Çempionlar Liqasının qrup mərhələsinin IV turundan sonra iki komanda növbəti mərhələyə vəsiqəni təmin edib.
1/8 finala vəsiqə qazanan hər iki komanda B qrupunda fərqlənib.
Qrupun favoritləri olan PSJ və “Bavariya” sona iki tur qalmış digər iki komanda üçün əlçatmaz olub. 4 qələbə qazanan PSJ son turlarda 1-ci yeri qorumaq üçün mübarizə aparacaq.
Fransa klubundan 3 xal geridə olan almaniyalılar da zirvəni ələ keçirməyə iddialıdı.
3-cü pillədə qərarlaşan “Seltik” 6 xal gerisində olduğu “Bavariya”ya çatmaq imkanına malikdi. Amma şəxsi oyunlardakı üstünlük Bundesliqa klubunu 1/8 finala daşıyıb.
Qeyd edək ki, bu qrupun autsayderi “Anderlext”in xalı yoxdu.