Müstəqil.Az -a DÖVLƏT GÖMRÜK KOMİTƏSİNİN AKADEMİYASInın İctimaiyyətlə əlaqələr şöbəsindən daxil olan məlumata görə Dövlət Gömrük Komitəsinin Akademiyası 2020/2021-ci tədris ilindən magistratura səviyyəsinə yeni ixtisaslaşma – “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşması üzrə qəbul elan edir.
Bununla da, 2020/2021-ci tədris ilində Akademiyada magistratura səviyyəsinə Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” ixtisaslaşmasına, Hüquqşünaslıq istiqaməti üzrə “Cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası” ixtisaslaşmasına qəbul aparılır.
Xatırladaq ki, 2019/2020-ci tədris ilində Akademiyada ilk dəfə magistraturaya qəbul aparılıb. Həmin tədris ilində magistratura səviyyəsinə qəbul Dünya iqtisadiyyatı istiqaməti üzrə “Gömrük işi” və Hüquqşünaslıq istiqaməti üzrə “Beynəlxalq hüquq” ixtisaslaşmaları üzrə həyata keçirilib.
Müstəqil.Az