Güney azərbaycanlılar Gilan əyalətinə inzibati olaraq ilhaq edilmiş Astara bölgəsinin yenidən Azərbaycan bölgəsinə qaytarılması üçün Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.
Xatırladaq ki, Güney azərbaycanlılar son illərdə doğma ərazilərinin digər vilayətlərə ilhaq edilməsi və “Azərbaycan” sözünün müxtəlif bölgələrin üzərindən götürülməsinə şahid olub. Ötən illərdə Heyran gədiyini Ərdəbil vilayətindən ayırıb Gilan vilayətinə ilhaq edilməsi məsələsi mətbuatın gündəminə düşüb və bu məsələ azərbaycanlıların kəskin etirazına səbəb olmuşdu.
(Gunaz.tv)