Beynəlxalq Olimpiya Komitəsi (BOK) 3 idmançını ömürlük idmandan uzaqlaşdırıb.
Müstəqil.Az Publika.az-a istinadən xəbər verir ki, idmançıların 2014-cü ildə Soçi Qış Olimpiadasında mübarizə aparan zaman dopinqdən istifadə etməsi aşkarlanıb.
BOK-dan verilən açıqlamaya görə, xizək yarışı kateqoriyasında qüvvəsini sınayan Yuliya Çekaleva və Anastasiya Dotsenko ilə Olqa Zaytseva idmandan ömürlük uzaqlaşdırılıb.
Komitə dopinq nümunələri yenidən analiz edilən idmançıların sayının 36-ya çatdığını da qeyd edib. Beləliklə, son 1 ay ərzində dopinqdən istifadə etdiyinə görə 25 idmançı cəzalanıb.
Qeyd edək ki, Beynəlxalq Olimpiya Komitəsi daha öncə də Soçi Olimpiadasında qızıl və gümüş mükafatlar qazanan 5 idmançını yarışlardan ömürlük kənarlaşdırmışdı.
Müstəqil.Az