İqbal AĞAZADƏ: Mütləq savaşmalıyıq və düşməni torpağımızdan qovmalıyıq

21 iyun 1806-cl ildə dəmir qapı Dərbənd Rusiya tərəfindən ilhaq edilib.

( İndi o torpaqlarda Azərbaycan vətəndaşları yerlə süründürülür, aşağılanır, eynən işğal olunmuş digər torpaqlarımızda olduğu kimi…)

Ondan düz 70 il əvvəl isə Borçalını itirmişdik.

1828-ci ildə isə Araz çayından cənubda yerləşən Azərbaycan torpaqlarını (Güney Azərbaycan) itirdik.

Daha sonra İrəvan, Göyçə, Zəngəzuru qoruya bilmədik.

Məhz bu torpaqları əlimizdən ala bildikləri üçün Qarabağa da tamah saldılar.

Əgər Qarabağı geri almasaq hər kəs əmin olsun ki, hələ itiriləcək çox torpaqlarımız var.

Əlindən alınan torpaqlarının bircə qarışını belə geri almayan, ala bilməyən xalqın digər əraziləri niyə işğal olunmasın ki??

Qarabağ savaşı Azərbaycan uğrunda son savaş olacaq. Ya torpaqlarımızı işğaldan azad edib itirdiklərimizi geri almağa başlamalıyıq, ya da…

“Ya da” yoxdur…
Mütləq savaşmalıyıq və düşməni torpağımızdan qovmalıyıq.

Nə itkilərin miqyasından, nə də hansısa dövlətlərin və beynəlxalq təşkilatların münasibətindən qorxmamalıyıq.

Borçalıdan, Dərbənddən, Güney Azərbaycandan, İrəvandan, Göyçədən, Zəngəzurdan, Qarabağdan böyük nə itkimiz olacaq ki?…

P. S. Mövcud hakimiyyət bu savaşı başlamayacaq, torpaqların işğaldan azad edilməsi üçün aparılan sülh danışıqları isə sadəcə zaman itkisidir. Xalq olaraq toparlanmalıyıq.

Share: