Tarixdə ilk dəfə kosmik turistin açıq kosmosa çıxması ilə bağlı müqavilə imzalanıb.
Bu barədə “Enerqiya” raket-kosmik korporasiyasının saytında məlumat yayılıb.
Müqavilə ABŞ-ın “Space Adventures Inc” şirkəti ilə imzalanıb. Sözügedən kosmik uçuş 2023-cü ildə həyata keçiriləcək.
Bu uçuşun “Soyuz MS” gəmisi ilə beynəlxalq kosmik stansiyanın Rusiya seqmentinə qısamüddətli ekspedisiya şəklində həyata keçirilməsi nəzərdə tutulur. Ekspedisiya çərçivəsində turistlərdən biri peşəkar kosmonavtlarla birlikdə açıq kosmosa çıxacaq.
Müstəqil.AZ