İranda son sutka ərzində daha 2628 nəfərdə koronavirus aşkarlanıb və nəticədə ölkə üzrə ümumi yoluxma sayı 217 724 nəfərə çatıb.
Müstəqil.AZ bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, koronavirusdan daha 109 pasiyent vəfat edib. Bununla pandemiya qurbanlarının sayı 10239-a yüksəlib.
İndiyədək 17785 xəstə sağalıb. Hazırda 2912 nəfərin vəziyyəti ağır və ya orta-ağır qiymətləndirilir.
Müstəqil.AZ