İtaliyada COVID-19-dan ölənlərin sayı 34,7 mini ötdü

Son sutkada İtaliyada COVID-19-dan 30 nəfər ölüb.

Müstəqil.AZ  -ın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Nazirlik qeyd edib ki, bununla da pandemiya qurbanlarının ümumi sayı 34 min 708 nəfərə çatıb.

Bildirilir ki, Qərbi Avropa ölkəsində pandemiyanın başlanğıcından təhlükəli virusa demək olar, 240 min nəfər yoluxub. Bununla yanaşı, virusa yoluxmuş 187 min insan sağalıb.

Müstəqil.AZ 

Share: