Bill Qeyts: “Koronavirus peyvəndi effektiv olmaya da bilər”

“Microsoft” korporasiyasının təsisçisi Bill Qeyts bildirib ki, koronavirus peyvəndi infeksiyanın yayılmasına qarşı sədd kimi effektiv olmaya bilər.

Bu barədə CNN məlumat yayıb.

Onun sözlərinə görə, peyvəndi hazırlayarkən alimlər iki amilə – peyvənd edilmiş şəxsin xəstəliyə yoluxmasının və koronavirusun digər insanlara ötürülməsinin qarşısının alınmasına əsaslanırlar.

B.Qeyts qeyd edib ki, peyvəndin koronavirusa qarşı ideal bloklayıcı olacağına dair zəmanət yoxdur.

Share: