Serbiyanın müdafiə naziri Aleksandar Vulin koronavirusa yoluxub.
TASS bildirir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, A.Vulinin müavinlərindən biri də bir müddət əvvəl koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilib. Müdafiə naziri vəzifəsinin icrasını davam etdirir.
“Report” xatırladır ki, A.Vulin iyunun 24-də Rusiyanı paytaxtı Moskvada keçirilən hərbi paradda da iştirak edə bilməyib.
Müstəqil.AZ