8 həftəlik uşağa qarşı amansız şiddət – VİDEO (18+)

Dayə 8 həftəlik uşağı vəhşicəsinə döyüb döyüb.

Müstəqil.Az  xarici mediaya istinadən xəbər verir ki, Vyetnamın Phy Ly şəhərində yaşanan hadisə valideynlərin evə kamera yerləşdirməsindən sonra aşkarlanıb.

Belə ki, bir ailədə xadimə və dayə kimi işləyən 51 yaşlı Nguyen Thi Han uşaqla tək qaldığı saatlarda onu döyüb. Ailə uşağın üzündə hər zamankından fərqli qızartılar görəndən sonra dayədən şübhələnməyə başlayıblar. Evə kamera yerləşdirən ailə gördükləri qarşısında şok keçirib. 8 həftəlik uşağın dayəsi tərəfindən necə döyülməsi kameralar vasitəsilə qeydə alınıb. Ailənin polisə şikayətindən sonra qadın polis tərəfindən saxlanılıb.

Müstəqil.Az

Share: