Son onilliyin ən yaxşı qorxu filmləri elan edilib.
Bu barədə “FilmPro” “Nastoyaşşeye straşnoye televideniye” kanalının araşdırmasına istinadla xəbər verib.
Reytinq redaktorların, kino tənqidçilərinin, tamaşaçıların seçiminə, kassa yığımlarına və kanalın baş redaktorunun düşüncələrinə əsaslanıb.
Siyahıya Cordon Pilanın “Get Out” filmi başçılıq edir. Bildirilir ki, 4,5 milyon dollar büdcə ilə çəkilən film 255 milyon dollar toplayıb. Bundan başqa, “ən orijinal ssenari”yə görə “Oskar” mükafatına layiq görülüb.
İkinci yerdə Ari Asterin “Hereditary” filmi gəlir.
Andres Muskettinin yazıçı Stiven Kinqin kitabı əsasında çəkdiyi “İt” filmi isə üçüncü yerdə qərarlaşıb.
Bundan başqa, “The Witch”, “The Conjuring”, “The Babadook”, “The Cabin in the Woods”, “A Quiet Place”, “Train to Busan” və “The Lighthouse” filmləri ilk onluğa daxil olub.
/oxu.az/