Səfərdə “Atletiko” ilə oyunu 1-1 hesabı ilə bitirən “Qarabağ” klubu bu gün səhər ölkəmizə qayıdıb.
Futbolçularımız Bakı vaxtı ilə 09:30-da Heydər Əliyev adına Hava Limanında olsalar da, onları qaşılamağa heç kim getməyib.
Hər uğurlu səfər matçından sonra azarkeş ordusu ilə qarşılanan futbolçuları bu dəfə qarşılamağa sadəcə bir neçə xanım çıxıb.