Çin Xalq Respublikasının sədri Si Cinpin ölümsüz gələcək qurmaq üçün bəşəriyyəti sosial şəbəkələrə dəvət edib. Məqsəd kiberməkanda ümumi gələcək yaratmaqdır.
Müstəqil.az Publika.az-a istinadən xəbər verir ki, sədr bu barədə ölkənin Vuzhen şəhərində keçirilən 4-cü “Dünya İnternet Konfransı”nda çıxışı zamanı danışıb.
Konfransda ümumilikdə rəqəmsal iqtisadiyyatın inkişafı, kiberməkanda gələcək cəmiyyətlərin qurulması, yetkinlik yaşına çatmayan şəbəkə istifadəçilərinin hüquqlarının tənzimlənməsi, elektron xidmətlərin növləri və başqa bu kimi mövzular müzakirə olunub.
Çin liderinin fikrincə, internetin inkişafı ölkələrin müstəqilliyinin, təhlükəsizliyinin müdafiəsi, eləcə də gələcək cəmiyyətlərin, qurumların fəaliyyəti üçün əlverişli sferadır. Konfransa dünyanın müxtəlif ölkələrindən olan 411 yüksək texnologiyalışirkət nümayəndələri iştirak ediblər.
Tədbirdə Rusiyanın Rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiya xidmətinin rəhbəri Aleksandr Jarov 2025-ci ilə qədər Rusiya və Çinin internet texnologiyaları sahəsində 25-30% artım gözlənildiyini qeyd edib.