Dünən səhər saatlarında Tovuz rayonu ərazisində şiddətli döyüşlər zamanı şəhid olan polkovnik İlqar Mirzəyev II Fəxri Xiyabanda dəfn olunub.
Müstəqil.Az “Qafqazinfo”-ya isrtinadla xəbər verir ki, dəfn mərasimində Prezident Administrasiyasının nümayəndələri, Müdafiə Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, Milli Məclisin deputatları, ictimaiyyət nümayəndələri və şəhidin ailə üzvləri iştirak edib.