Minəxanım TƏKLƏLİ- NURİYEVA
Müasir Ukraynanın cənubunda yerləşən Xerson tarixən Sarı Kermen (kermen~kirman qala; hərb qalası) adı daşımışdır: “Dnepr (Uzu) çayının Qara dənizə töküldüyü yerdə çayın sağ sahilində türk qalası Sari Kirman dururdu.
Müasir Xersonu tatarlar çox əski zamanlardan Sari Kirman adlandırırlar.”(1, 37). Bu torpaqlara səyahət edən Övliya Çələbi Sari Kirman qalasını əski zamanlarda Ak Kirmanın sahibi Salsaloğlunun tikdirib ucaltdığını söyləmişdi: “Sari Kirman qalası iki böyük liman arasında bir burunda yapılmışdır” – deyə onun coğrafi üstünlüyünü dilə gətirir. Övliya Çələbi həm də qalanın polyakların hücumu vaxtı yandırılmış əski divarlarının xarabalıqlarını da gördüyünü qeyd edir(2, 370).
Sarı Kirmanin tarixi taleyində skiflər, hunlar, peçeneqlər, səlib yürüşləri böyük rol oynamışlar; burada eradan əvvəl III əsrdə skiflər, IV-V əsrlərdə hunlar, ardınca Xəzər xaqanlığı hökm sürmüşlər. 12 əsrdən başlayaraq isə Səlcuq türkləri Sarı Kirman da (Xerson) daxil olmaqla Qara dəniz ətrafı yerlərdə hakimiyyətə sahib oldular və tranzit ticarətini əllərinə aldılar.
1223-də isə Batı xan orduları burada görünür; artıq 1299-cu ildə Qızıl Ordalı Noqay xanın ulusu Kırımın cənub-qərb sahillərinə hakim olur, düz yüz il sonra Edigeyin idarə etdiyi bu şəhər əsil ticarət şəhəri idi. 13 əsrin ikinci yarısında əsas ticarət yollarının bağlandığı Kırımın şərq səmt idi və genuyalılar burada –başlıca olaraq Kafa, Sudak, habelə Balaklavada özlərinin ticarət şəbəkəsini qurmuşdular.
Sarı Kirman ilk dəfə Minix qoşunları tərəfindən hələ 1737-ci ildə tutulmuş, ruslar limanın üstünlüklərini, yəni onun həm çay limanı, həm də dəniz limanı kimi əlverişli cəhətlərini qiymətləndirə bilmişdilər.
Təxminən 40 il sonra Türk qalası Sari Kirmanın adı dəyişdirilib Xerson adıyla əvəz olundu (18 iyun 1778). Bunu imperatriça verdiyi əmrdə Rusiyanin tanınmış hərb və dövlət xadimi Qriqori Potyomkinə özü təklif etmişdi. Əlbəttə bu torpaqlarda güclü xristian dövləti planlayan hökmdarın yadına “mifik Xersones adı təsadüfən düşməmişdi”(3, 34). Beləliklə, iddialı yunan mənbələrində Xersones, ruslarda isə Korsun adlandırılan, indi isə “Kırımda xarabalıqları duran “Tavriya Xersonesi” nin xatirəsinə Dnepr ağzındakı türk qalası bu tarixdən Xerson adını daşımağa başlayır. Maraqlıdır ki, Dneprin ağzında uçurumlu sahildə yerləşən Sarı Kermen yer adını dəyişərkən ona uyğun yeni Xerson (yunanca “hündür, dik sahil”) adını relyefi ifadə etmək baxımından da münasib görünürdü. Qala yenidən qurularaq Qara dəniz flotiliyası üçün gəmiqayırma verfinə çevrildi.
Xersones-qədim yunanadı yarımada, coğrafi burun və şəhər, liman, vilayət adında yaşadılmasına çalışılmışdır: Donetsk vil.(Ukrayna) qəsəbə, Akyarda (Sevastopolda) mayak, qoruq-muzey, və burun, buxta adı, Kerç yarımadasında burun adı, Kırım müharibəsində döyüş gəmisi adı və s. Bu adların hər biri burada qədim mədəni sərvət birikdirən türk varlığını ifadə edən adların üzərində qoyulmuşdur.
Qara dəniz üzərindəki türk qalalarının qədəri bu idi. Ardıcıl aparılan Rus-Türk müharibələrinin top atəşləri bitər-bitməz Peterburqdan bu ölümsaçan güllələrdən fərqlənməyən sərəncamlar uçub gəlirdi. İmperatriça II Yekaterinanın paytaxtdan “məsləhət gördüyü” yunan adları onun məkrli imperiya siyasətinin mahir gedişlərindən biri idi. Simferopal “xeyirli, uğurlu şəhər”, Stavropol “xaçlı şəhər”, Nikopol “qələbə şəhəri”, Melitopol “Arı şəhəri” və s. eləcə də qədim türk adlarının yunan paralellərini yaradıb bu yeni adlara rəvac verməyə girişildi: Balıklava-Çembala; Dəmirçi dağı-Funa, Cur-Cur şəlaləsi- Kremasto Nero, Ulu Uzen çayı-Meqa Potam və s.
Şəhərdə sürətlə xristian tikililəri salınmağa başlayır: Böyük Spassk məbədi (1806), Qara dəniz hospitalı (1803), Svatoduxovski məbədi (1836) Sarı Kirmanın simasını dəyişdirdi. XIX əsrin sonlarına doğru Dneprin liman kimi dərinləşdirilməsilə şəhər taxıl, yun, meşə eksportunda iri limana çevrilir. Sovet hakimiyyəti illərində Xersones iri gəmiqayırma və maşmqayırma mərkəzi kimi inkişaf etmişdir. Bununla yanaşı ən böyük pambıq-kətan toxuma istehsalat birliyi də bu şəhərdədir. Hazırda 1944-cü ildə vilayətə çevrilmiş Xerson vilayətinin mərkəzidir. Qədim türk qalası Sari Kirman, müasir Xersones XX əsrdən başlayaraq Rusiya imperiyasının dörd ən böyük limanından biri sayılmaqdadır.
- Якобсон А. Л. Средневековый Херсонес (XII-XIV вв.) в кн.:Материлы и исследования по Археологии СССР, № 17; M-L.: 1950
- Evliya Çelebi. Seyahetnamesi, İstanbul, Üç Dal neşriyyatı, 1966, c.VII
- В.А.Бушаков. Термины, обозначаюшие селение и крепости в топонимии Крыма,
Советская тюркология, 1985, № 2, с. 29-37
Herson (Sarı Kirman) şehrinin görünüşü
Herson (Sarı Kirman) şehir kütubhanesi
Sarı Kirman (Herson) kalesi Oçakkale kapısı
Herson (Sarı Kirman) şehrinin ilk herbi valisi general Grigori Potyomkin