“Vəhşi Diviziya”da daşnaklara qarşı vuruşan polkovnik – Video

Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının keçirdiyi “Vikipediya” təliminin iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycanın hərbi xadimi, polkovnik İrza bəy Hacıbəylinskinin məqaləsi yaradılıb.

Kult.az xəbər verir ki, 4 aprel 1874-cü il tarixində anadan olan İrza bəy Hacıbəylinski Birinci Dünya müharibəsində “Vəhşi diviziya” kimi tanınan Tatar süvari alayının tərkibində daşnaqlara qarşı döyüşüb. Eləcə də general Nuru Paşa ilə Qafqaz İslam Ordusunun tərkibində Bakının azad edilməsində fəal iştirak edənlərdən biri olub.

Polkovnik Hacıbəylinskinin həm də 1918-1920-ci illərdə Milli Ordunun formalaşmasında müstəsna rolu olub. Qarayazı süvari polkuna komandirlik edərək, daha sonra Ordu qərargahı general-kvartirmeysteri idarəsinin Əməliyyat-kəşfiyyat şöbəsinin rəisi vəzifəsinə qədər yüksəlib.

28 aprel 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalından sonra İrza bəy Hacıbəylinski də bolşevik repressiyasına məruz qalan qurbanlarımızdan biri olub.

Aytac

Share: