Prezident İlham Əliyev: Bəzi xarici dairələr gənclərimizin beyinlərini zəhərləmək istəyir

Müstəqil.Az xəbər verir ki, bu  sözləri Prezident İlham Əliyev iyulun 27-də Emin Əmrullayevin Təhsil naziri təyinatı ilə əlaqədar keçidiyi videoformatda söyləyib.

Dövlət başçısı bildiirb ki, “buna qətiyyən yol vermək olmaz. Azərbaycan gənci Azərbaycan dəyərləri əsasında tərbiyə almalıdır, Vətənə bağlı olmalıdır, Azərbaycan dəyərlərini hər şeydən üstün tutmalıdır, öz tarixini, ədəbiyyatını, ana dilini mükəmməl bilməlidir və fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır”. 

Ölkə Prezidenti xüsusi vurgulamışdır ki, “ölkəmizdə yeni, müasir nəsil yetişir. Müstəqillik dövründə doğulmuş və ya formalaşmış nəsil yetişir. Müasir, vətənpərvər və mənəvi cəhətdən sağlam yeni nəsil ölkəmizin gələcəyini müəyyən edəcək”
Prezident əminliklə bildirmiş və tövsiyyə etmişdir ki, “ölkəmizin müstəqilliyi, firavanlığı həmin gənclərdən asılı olacaq. Onlar milli maraqları bizim qədər, heç nəyə baxmadan müdafiə etməlidir. Heç bir təzyiqə, hədə-qorxuya, əsassız ittihamlara baxmayaraq, Vətən məhəbbəti və milli dəyərlər onlar üçün hər şeydən üstün olmalıdır. Amma, buna nail olmaq üçün onlar milli ruhda tərbiyə almalıdırlar”.

Müstəqil.Az

Share: