Cənub-şərqi Afrika ölkəsi Malavidə vampir cinayətləri törədilir. Bəzi şəxslər cadu etmək məqsədi ilə evlərə girərək insanların qanını içir.
Müstəqil.Az xəbər verir ki, məlumata görə, ümumilikdə il ərzində Malavidə 7 belə hücum faktı qeydə alınıb. Əhalinin böyük əksəriyyətinin qorxuya düşdüyü, BMT və ABŞ qüvvələrinin bölgədən uzaqlaşdırıldığı bildirilib.
İqtidar qüvvələri əhali arasında geniş müzakirə mövzusu olan bu prosesi müxalifətin yaydığı şayiə olaraq qiymətləndirib. Müxalifəti və hakimiyyəti ölkədəki dəhşətli vəziyyəti ört-basdır etməkdə günahlandırıb.
Müstəqil.Az