Ordumuz başladı, Tonoyan dərhal İran səfiri ilə görüşdü

Ermənistanın Müdafiə naziri David Tonoyan İranın bu ölkədəki səfiri Abbas Badaxşan Zouri ilə görüşüb.

Müstəqil.Az erməni mediasına istinadən xəbər verir ki, görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi, polkovnik Mehdi Vecdan da iştirak edib.

Tonoyan səfirə Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət və təmas xəttindən danışıb.

Erməni nazir səfirə Türkiyə-Azərbaycan birgə hərbi təlimlərindən narahatlığını ifadə edib.

Görüşdə Ermənistan-İran əməkdaşlığının perspektivləri, regional təhlükəsizlik və beynəlxalq inkişaf məsələləri də müzakirə olunub.

Qeyd edək ki, Türkiyə-Azərbaycan ordularının hərbi təlimi bu gün başlayıb.

İran səfiri ilə Ermənistan XİN rəhbərinin deyil, Müdafiə nazirinin görüşməsi, üstəlik bu görüşdə İranın hərbi attaşesinin iştirakı diqqətdən yayınmayıb.

 

Share: