Ukraynalı repçi Endi Kartraytın (Aleksandr Yuşko) cəsədinin hissələri bir neçə gün Rusiyanın Sankt-Peterburq şəhərində mənzillərdən birində qalıb.
Müstəqil.Az “Fontanka”-ya istinadən xəbər verir ki, “Versus Battle” qrupunun iştirakçısı, reper Endi Kartraytın meyitinin parçalanmış qalıqları Nevski prospektində mənzildə tapılıb. İlkin versiyaya görə, o, narkotikin həddən artıq dozada qəbulundan ölüb.
İyulun 29-da mərhum repçinin həyat yoldaşının vəkili polisə zəng edib. O bildirib ki, musiqiçinin 36 yaşlı arvadı dörd gün əvvəl həddən artıq dozada narkotik qəbulundan ölən ərinin cəsədini gizlətmək istəyib.
Buna görə cəsədi parçalayaraq, hissələrə ayıran qadın sonradan nə edəcəyini bilməyib.
Həqiqətən də, mənzildə insan bədəninin qalıqları tapılıb: soyuducuda mərhumun bədən hissələri olan beş paket olub. Qadın tutulub.
Mənzildən sübut kimi bıçaq, çəkic, çəngəl, kəsici lövhə götürülüb.
Qadın törətdiyi əməli həyat yoldaşının bu cür ölümünü qəbul etməməsi ilə əsaslandırıb.
Müstəqil.Az
mənbə:Oxu.az