Müstəqil.Az xəbər verir ki, bu imtahan sessiyası əvvəlki illərdən fərqli olaraq Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərarlara və Təhsil Nazirliyinin tövsiyələrinə uyğun olaraq ADDA Elmi Şurasının qərarına əsasən onlayn formatda keçirilib.
ADDA-nın Tədris qeydiyyat şöbəsindən verilən məlumata görə, onlayn-test üsulunda imtahana bütün ixtisaslar üzrə tədrisin 1, 2 və 3-cü ilində təhsil alan, təkrar ali təhsil səviyyəsi üzrə qiyabi təhsil alan, magistratura səviyyəsi üzrə təhsil alan və akademik borcu olan tələbələr qoşulublar.
Onlayn imtahanlarda tələbələrin 99 faizi iştirak edib. Akademiya üzrə bakalavriat səviyyəsinin əyani formasında təhsil alan 9 tələbənin texniki səbəblərdən imtahanlara qoşulmaq imkanı olmayıb. İmtahana qoşulub müvəffəqiyyət qazana bilməyən, həm də imtahanlara hər hansı bir səbəbdən qoşula bilməyən tələbələr üçün avqustun sonundan yeni tədris ili başlayanadək növbədənkənar imtahan sessiyası keçiriləcək.
Xatırladaq ki, imtahan sessiyasından bir müddət əvvəl fənn müəllimlərinin hazırladığı test sualları (cavab variantları olmadan) tələbələrə göndərilib. Əvvəlki imtahan sessiyalarından fərqli olaraq imtahanda tələbələrə verilən variantlardakı sualların sayı 25-ə endirilib və “4 səhv 1 düz cavabı aparır” qaydası tətbiq edilməyib.
Elmi Şuranın qərarına əsasən, onlayn dərslərdə aktiv və ya passiv iştirak etməsindən asılı olmayaraq bütün tələbələr imtahana buraxılıb. Həmçinin imtahana buraxılan tələbələr 34 İmtahan Qabağı Balla (İQB) qiymətləndirilir. Burada fənn müəllimi tərəfindən tələbənin onlayn dərslərdə aktiv iştirakından asılı olaraq İQB-nin 50 bala qədər çatdırılması nəzərdə tutulmuşdu.
Müstəqil.Az
mənbə: “Seanews.az”