Rusiyanın AB və NATO-ya üzvlüyü ideyasını Boris Yeltsin, daha sonra Vladimir Putin müdafiə edirdi.
Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı jurnalist Vladimir Pozner paylaşıb.
“Rusiyanın AB və NATO-ya üzvlüyünü ABŞ və bir sıra Avropa ölkələri istəmirdilər. Bu gün Rusiya NATO və AB-yə üzvlükdə maraqlı deyil. ABŞ, eləcə də Avropa ölkələrinin çoxunun da mövqeyi dəyişməyib. Rusiya və Qərbin yaxınlaşması xeyirli olardı, amma bugünkü gün bu qeyri-realdır”, – deyə o bildirib.
İlkin METE XAN