İslam Sadğın təşəbbüsü ilə bir qrup ziyalı Azərbaycanda təlimdə olan Türk Ordusuna məktub ünvanladı.
Qardaş Türk ordusunun Azərbaycanda qalmağı bu gün bizə hava kimi, su kimi lazımdır. Türk ordusunun Azərbaycandan çıxmağı bizi havasız, susuz qoymaq deməkdir. Türk orducu gəlməsəydi 1918-ci ildə Azərbaycan xalqı bir nəfər kimi ermənilərin törətdikləri soyqırımın qurbanı olacaqdı. Bunu xalqımız yaxşı bilir və unutmur. “Türk ordusu Azərbaycanda qalsın” deyənlər Azərbaycanı sevənlərdir. Azərbaycan Azərbaycanı sevənlərin vətənidir!
- İslam Sadiq- şair, AY B-nin və AJB-nin üzvü, filologiya elmləri doktoru
- Maşallah Məftun- şair, AY B-nin üzvü
- Dilavər Əzimli – tarix üzrə fəlsəfə doktoru
- Seyfəddin Rzasoy – filologiya elmləri doktoru, professor
- İlhami Cəfərsoy- filologiya elmləri doktoru
- Nəsir Əhmədli- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
- Alxan Bayramoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru, professor
- Abid Tahirli- AY B və AJB-nin üzvü, filologiya elmləri doktoru, professor
- Teymur İlyaslı- kimya elmləri doktoru, professor
- Mikayıl Yanar- şair, AY B-nin üzvü
- Dəmir Çeşməli- şair, AY B-nin üzvü
- Tahir Talıblı- şair, AY B-nin üzvü
- Əhməd Oğuz- şair, AY B-nin üzvü
- Xaliq Rəhimli- şair, AY B-nin üzvü
- Aydın Uluxanlı- şair, AY B-nin üzvü
- Mübariz Məsimoğlu- şair, AY B-nin üzvü
- Tofiq Qaraqaya- şair, AY B-nin üzvü
- Dayandur Sevgin- şair, AY B-nin üzvü
- Sahib Camal- şair, AY B-nin üzvü
- Səfər Alışarlı- yazıçı, AY B-nin üzvü
- Murad Köhnəqala- şair, AY B-nin üzvü
- Məti Osmanoğlu- AYB-nin üzvü, filologiya elmləri doktoru
- Akif Əhmədgil- şair, AY B-nin üzvü
- Hafiz Rüstəm- şair, AY B-nin üzvü
- Əlirza Xələfli- şair, AY B-nin üzvü
- Ayaz Arabaçı – şair, AY B-nin üzvü
- Əlisəmid Kür- şair, AY B-nin üzvü
- İradə Aytel- AY B-nin üzvü
- Əlisəfa Mehdi- jurnalist
- Eldəniz Həsənov- AY B-nin üzvü, aqrar elmlər üzrə fəlsəfə doktoru
- Əkbər Hüseynzadə-
- Qorxmaz Şıxəlioğlu- ziyalı
- İslam Babazadə- ədəbiyyatşünas
- Xeybər Göyallı- şair, AYB-nin üzvü
- İlham Mazanov- filologiya üzrə fəlsəfə doktoru
- Telman Səmədov – ziyalı, Bakı şəhəri
- Afiq Axundov- ziyalı, Qazax rayonu
- Əmrah Vəliyev – ziyalı, Bakı şəhəri
- Raisə Fərəcova- Şuşa şəhəri
- Orman Cəfərov- Şuşa şəhəri
- Əlövsət Cəfərov- Şuşa şəhəri
- Bayram Cəfərov- Şuşa şəhəri
- Elnur Heydərov- Şuşa şəhəri
- Natiq Nəbiyev- Şuşa şəhəri
- Məhərrəm Zeynalov- Şuşa şəhəri
- Vüsal Şirinov- Şuşa şəhəri
- Arzu Qarayev- Şuşa şəhəri
- Faiq Balabəyli – şair
İSLAM SADIQ
AZƏRBAYCAN-TÜRKİYƏ
Dili dilim, sözü sözüm,
Odu odum, közü közüm.
Özü özüm, canım-gözüm,
Gör boynumu kimdi qucan?
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
Gücünü də vuran qolum,
Ondan alıb, qurban olum.
Fərhad olub, mənim yolum
Dirənəndə dağa haçan!
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
Bilirsənmi sorub gedən,
Bu doğmalıq gəlir nədən?!
Biri ruhdu, biri bədən,
“Ayrılarmı könüllə can”?!
Azərbaycan Türkiyədi,
Türkiyə də Azərbaycan!
TÜRKƏ VERİN BU DÜNYANI
Qan qoxuyur yer də, göy də,
Dinən elə qan-qan deyir.
Susanların baxışları
Günahkardı xan, xan deyir.
Baxtı yatıb, yoxsa onun
Yığvalımı nəs gəlibdi.
Neçə vaxtdı bu dünyanın
Yumurtası tərs gəlibdi.
Bar üstündə yanıb gedir
Ağacların budaqları.
Barmağına həsrət qalıb
Bal tutanın dodaqları.
Gündüzlərin havası qan,
Hər gecə min ölüm doğur.
Dünya kimdən boylu qalıb,
Zülüm üstdən zülüm doğur.
Yuvasından çıxan quşu
İsti-isti güllə yeyir.
Üz-gözündən öpə-öpə
Arıları güllər yeyir.
Dünya gör nə günə qalıb,
Umuda bax, gümana bax.
Ayağını sellər yuyur,
Başındakı dumana bax.
Baş barmağı baş pərdədə,
Təzənəsi simə bənddi.
Bəsdi bircə göz qırpımı,
Hər şey bircə himə bənddi.
Hərə çəkir bir tərəfə,
Başı pozuq kənd kimidi.
Bu dünyanın şirinliyi
Zəhər dadan qənd kimidi.
Bu dünyanın hər yerində
Qanlı beşik, qanlı bələk.
Niyə, niyə bəs özünü
Mələk sayır, hamı mələk.
Yalandan şah olub çoxu,
Dünya saxta şahla dolub.
Dağda-düzdə qaçhaqaçdı,
Dərələri ahla dolub.
***
Türkə verin bu qoruğu,
Qoruq nədi yaxşı bilir.
Qoruduğu hər ağacı,
Hər qayanı, daşı bilir.
Türkə verin bu çəməni,
Bircə gülü sola bilməz.
Türkəm deyən el malına
Soyuq baxsın, ola bilməz.
Türkə verin bu bağçanı,
Tanrı barı bol verəcək.
Dörd tərəfdən bağlasalar,
Yeddi yerdən yol verəcək.
Ocağı gur olsun deyə,
Közü düzər köz üstünə.
Söz verərsən, uca tutar,
Öpüb qoyar göz üstünə.
Olanını, qalanını
Sayar dənə-dənə, bilər.
Bir sünbülü türkə versən,
Bir zəmiyə dönə bilər.
Özü dönər bir günəşə,
Gecələri gündüz eylər.
Kələ-kötür, çala-çuxur
Yolları da dümdüz eylər.
Türkün nəyi varsa, nəyi,
Bir saf, təmiz ruhdan gəlir.
Bir kökündə Tanrı durur,
Bir kökü də Nuhdan gəlir.
Türkün üzü bilib açır
Bəlkə Tanrı dan üzünü.
Kəssə, kəssə türk kəsəcək
Yer üzündən qan izini.
Sənin, onun balasını
Sevəcək öz bəbəyi tək.
Türkə verin bu dünyanı
Qorusun göz bəbəyi tək!