Bu qəza tətil vaxtına təsadüf etməsəydi altında çoxlu şagird və müəllimlər qala bilərdi…- Ramal Əliyev

Dağılmaqda olan”Aşağı Nüvədi Qəsəbə orta məktəbi”…
 
Aşağı Nüvədi qəsəbəsi… bu qəsəbəmiz Azərbaycanımızın gözəl guşələrindən biri olan Lənkəran şəhərinin 3-cü böyük qəsəbəsidir.Bu əsrarəngiz qəsəbə bir tərəfdən gözəl Xəzər dənizi,digər tərəfdən isə beynəlxalq əhəmiyyətli magistral yol aralığında,şəhər mərkəzindən çox da uzaqda olmayan bir məsafədə yerləşir….xülasə…məqsədim sizə bu qəsəbənin coğrafiyasi,təbiəti barədə uzun-uzadı məlumat verib yormaq yox,elə mənim də təhsil aldığım bu qəsəbədə yerləşən, onlarla alim,dövlət məmurları,rəssamlar,şairlər,idmançılar,yazıçılar,hüquqşünaslar,iş adamları,iqtisadçılar,müəllimlər və.s peşə sahibləri yetişdirən ,təəssüflər olsun ki,dağılmaqda olan, elə bu məktəbin məzunu olmuş ,torpaqlarımız uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Həbib Bağırov adına “Aşağı Nüvədi”qəsəbə orta məktəbinin”hazırki vəziyyəti barədədir.
Yuxarıda sadaladığım kimi bu məktəb ölkəmizə çoxlu sayda şəxsiyyətlər bəxş etmiş bir təhsil ocağıdır.Qəribəsi orasındadır ki,Lənkəran kimi böyük bir şəhərin kiçik kəndlərində məktəblər tikildiyi,təmir olunduğu halda şəhərin 3-cü böyük qəsəbəsinin bu məktəbi demək olar ki,tamamilə sıradan çıxmış, diqqətdən kənarda qalmışdır.Məlumdur ki,zəngin neft ölkəmiz digər sahələrə küllü miqdarda vəsait ayırdığı kimi təhsilə də böyük miqdarda vəsait ayırmışdır. Nədənsə biz öz məktəbimizin simasında təhsilə ayrılan bu vəsaitin tam öz ünvanına yetişmədiyinin şahidi oluruq.Buna dəlil olaraq şəhər icra nümayəndələrinin dəfələrlə məktəbin əsaslı təmiri barədə qəsəbə camaatının önündə verdiyi, lakin həyata kecirmədiyi vədlərdir.
Bu məktəbin bir məzunu olaraq son qördüyüm şəkillər və video görüntülər doğrudan da mənə cox ağır qəldi.Təsəvvür edin ki,məktəbin divarları rütubətdən və təmirin artıq müddətinin bitməsindən tökülmüş,dağılmış hala düşmüşdür.Bu hal məktəbin estetik gözəlliyinə xələl gətirməsindən əlavə, orda təhsil alan şagirdlər və müəllimlər ücün böyük təhlükə mənbəyinə çevrilmişdir.Buna dəlil olaraq qeyd edim ki,bu yaxınlarda məktəbin əsas girişi olan hissədə beton damın tamamən dağılmasını qeyd etmək olar.
Nə yaxşı ki,bu qəza tətil vaxtına təsadüf edib,əks halda altında çoxlu şagird və müəllimlərin qalması qaçılmaz ola bilərdi.Belə olduğu təqdirdə cavabdeh,məsuliyyəti daşıyan kim olacaqdır? Məktəbin direktorumu,şəhər təhsil şöbəsinin rəhbərimi,şəhər icra başçısımı, bax, bunu dəqiq deyə bilmərəm. Cünki, kimisə ittiham etmək ücün gərək əlində maddi dəlillər ola…Bu maddi dəlil olmadığına görə ittiham olunan şəxs də yoxdur.Amma bir məsələ bəllidir ki,ölkəmiz ,prezidentimiz digər sahələrə olduğu kimi təhsilə də kifayət qədər vəsait ayırıb.Belə olduğu halda bizdə sual yaranır,axı bu ayrılan vəsait niyə bizim uçmaqda,dağılmaqda olan məktəbimizə hələ də gəlib çatmayıb?Prezidentimizin özünün də dəfələrlə qeyd etdiyi kimi bəzi hallarda bu vəsaitlər yerli icra məmurları tərəfindən mənimsənilir,ünvanlara yetişmir,yetişsə də qismən yetişir.Nəticə olaraq təmir barədə verilən vədləri uzun müddət gözlədikdən sonra biz qəsəbə camaatı orda yaşayıb yaşamadığımızdan asılı olmayaraq səylərimizi birləşdirib bu barədə bütün lazımi instansiyalara məlumat verəcək və bu problemi mətbuatda işıqlandıracağıq.Bu barədə prezidentimizin sosial şəbəkə hesablarına,saytına,vitse prezidentə,səmimiyyətinə inandiğımız yeni təhsil nazirinə muraciət edəcəyik.Şəxsən mən bu məsələnin sonuna qədər getməyi qarşıma məqsəd qoymuşam. İstər nəticə hasil olsun, istər olmasin…Şəxsən mən adı gedən məktəbin məzunu kimi bunu özümə mənəvi,maddi,vicdani haqq və borc bilirəm…
 
 
Ramal Əliyev
https://www.youtube.com/watch?v=QAiAhI35Dl0&feature=youtu.be&fbclid=IwAR3aaerquHIgWwjXyuPgTw3dbIyRlrAjhPwxnG7vYr9npYUNxfWgepWgscE

Share: