Azərbaycana qarşı döyüşmək üçün Qarabağa gələn ermənilərdən GÖZLƏNİLMƏZ ADDIM – ŞOK FAKTLAR

“Aprel müharibəsi”ndə Azərbaycana qarşı döyüşmək üçün könüllü şəkildə Qarabağa gələn ermənilərlə bağlı şok faktlar ortaya çıxıb.

Müstəqil.Az Publika.az -a istinadən xəbər verir ki, Ermənistanın “Joxovurd” qəzeti könüllü döyüşçülərin erməni ordusuna məxsus silah-sursatı oğurladığını yazır.

“Cəbhəyə gəlmiş könüllülər silahları özləri ilə aparıblar. Orduda silahların yox olması ilə bağlı açılan cinayət işində məlum olub ki, İrəvan sakini levon Qevorqyan 176 döyüş patronunu oğurlayıb. O patronları 2016-cı ilin 10 aprel-19 may tarixlərində Qarabağda təşkil olunan atış təlimləri zamanı oğurlayıb. Patronlar bu ilin avqustunda onun mənzilində tapılıb”, – məlumatda qeyd olunur.

Qəzet yazır ki, digər könüllülərin də silah-sursatları oğurladığı ehtimal olunur. Hazırda bununla bağlı cinayət işi açılıb.

 

Müstəqil.Az

Share: