Din xadimləri şəhər merinə müraciət etdi;”Əxlaqsız təsvirləri olan reklamlar şəhərdən yığışdırılsın..”

Müsəlman liderlər şəhər merinə müraciət etdi:“Belə əxlaqsız təsvirlər həm yaşlı, həm də gənc nəsli, eləcə də uçaqları haram əməllərə yönləndirir…”

“Şəhərin mərkəzi  prospektlərindəki lüt qadın təsvirləri olan reklamlar yığışdırılmalıdır!”.
Müstəqil.Az  Tatarıstan mediasına istinadla xəbər verir ki, bu tələb Naberejnıye Çelnı şəhər ruhanilərinin şəhər meri Nail Maqdeyevə müraciətindəndir. Müraciət şəhər müsəlman ruhaniləri  idarəsinin  saytında dərc olunub.  Din xadimləri şəhərdəki reklamların əxlaqsız məzmunundan narahatlıqlarını ifadə edirlər. Müraciətdə şəhərdə çılpaq qadın təsvirləri olan reklamların hədsiz çoxluğu vurğulanır. Müsəlman din xadimlərinin fikrincə, belə reklamlar aşağılayıcı və təhqiredici olmaqla  həm yaşlı, həm də gənc nəslin mənəviyyatı, əxlaqı üçün zərərlidir. Bu cür əxlaqsız təsvirlər uşaq və yeniyetmələrə mənfi tərbiyə verir, onları haram əməllərə yönləndirir…
Eyni zamanda tatar müsəlmanlar şəhərdə tatar dilində, demək olar ki, heç bir reklam olmamasından da şikayətləniblər.
 
P.S. Hələ tezdir,  nə qədər mümkündür “demokrat”laşıb dini, milli dəyərlərimizi tapdayaq. Allahsızlar Qüdsdən sonra Məkkəni, Mədinəni, Kərbəlanı da tam ələ keçirəndən sonra ayılarıq…
Müstəqil.Az

Share: