Bakının bu rayonlarında kirayə mənzillər bahalaşdı…

Paytaxtın Yasamal, Binəqədi rayonları, eləcə də, 20 Yanvar metrostansiyası ərazisində kirayə mənzil bazarında qıtlıq yaranıb. 
Müstəqil.Az  oxu.az-a istinadən xəbər verir ki, hazırda bazarda təklif tələbi təmin etmir. Bu, sözügedən ərazilərdə kirayə evlərin hamısının tutulması ilə bağlıdır.
O da məlum olub ki, hazırda bu ərazilərdə yeni tikililərdə evlərin orta qiymətləri 450 manatdan, köhnə binalarda isə 350 manatdan başlayır.
Relitorların sözlərinə görə, bazarda tələbatın artması “İnşaatçılar” metrosunun kənarındakı “5 mərtəbə”lərin sökülməsi ilə bağlıdır: “Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsində, “İnşaatçılar” metrostansiyasının kənarında yerləşən 5 mərtəbəli binalar sökülür. 7-yə yaxın 5 mərtəbəli binanın sakinləri kirayə mənzillərə köçürülüblər. Bu da bazarda tələbin artmasına gətirib çıxarıb. Bununla da paralel qiymətlər bahalaşıb”.
Relitorlar bildirir ki, 1 və 2 otaqlı mənzillərin, demək olar ki, hamısı kirayələnib: “Bazarda 3 və 4 otaqlı mənzillər qalıb. Onların da qiymətləri 500-1200 manat ətrafında dəyişir. Çox çətinliklə 2 otaqlı mənzil tapmaq mümkündür. Belə mənzillərdə çox vaxt əşyasız təqdim olunur”.
 Müstəqil.Az

Share: