Bu millətin dəlisi ilə ağıllısı gerçəkmi tanınmır

QALİB ŞƏFAHƏT

Qoy Daxili İşlər Nazirliyi öz əməlindən peşman olsun. Bu boyda ədalətsizlik lazım deyil.

Bir qonşum var; Mətləb Musayev. Bu adam ruhi xəstədir, özü də anadan gəlmə. Bu gün mənə yaxınlaşıb bir məktub göstərir ki, gör bu məktubda nə yazılıb. Baxıram, 100 manat cərimə yazılıb, baxın psixi xəstəyə. Psixi xəstənin sağalması mümkünsə niyə Daxili İşlər Nazirliyi sağaltsın. Hətta, cinayət edəndə əhv edilən xəstəyə İXM ilə cərimə kəsilir. Məgər Azərbaycan polisi bilmirmi ki, birinci vətəndaşa hüququ başa salınmalıdır?
İnternet dövründə yaşayırıq, polis baxmırmı ki, bu xəstədir, yaxud, danışığından hiss etmirmi bu adam xəstədir? Əgər bilirsə bu xəstədir, bizim dövlət büdcəmiz xəstələrin hesabınamı dolanmalıdır?!
102-ə zəng edib məsələyə izahat tələb etdim, dedilər, 902-ə zəng edin, oraya zəng etdim, dedilər Sabunçu Polis idarəsinin 15-ci polis bölməsinə zəng edin, onlar dedilər, məsələ bizdən keçib. Baxıram və fikirləşirəm, gerçəkmi bu millət bu qədər yazıq gündədi? Ötür-ötür, nə qədər davam edər? Gerçəkmi Azərbaycan büdcəsi dəlilərin hesabına dolanmalıdır. Doğudanmı  bu millətin dəlisi ağıllısı tanınmır?
Ay Azərbaycan polisi, fikirləş, sonra nəticə çıxart.
QALİB ŞƏFAHƏT
 
 

 

Share: