Aqil Abbas Qələndər Xaçınçaylının səhhəti ilə bağlı onun müalicə həkimləri ilə əlaqə saxlayıb

Millət vəkili, yazıçı Aqil Abbas  Qələndər Xaçınçaylının səhhəti, hal-hazırkı vəziyyəti ilə maraqlanmış, müalicə həkimləri ilə əlaqə saxlamış, ona verilən məlumata görə hələlik bütün vacib, həyati əhəmiyyətli tədbirlər görülmüşdür.

Müstəqil.Az -ın elektron ünvanına şair-pulisist Zaur Ustac tərəfindən göndərilən məktubda bu haqda bəhs olunur. Məktubda deyilir:

“Salam, Dostlar! Bilirəm ki, çoxunuz bizim kimi jurnalistikamızın əsil müsəlləh əsgəri olaraq tanıdığımız şair-publisit,  fədakar jurnalist Qələndər Xaçınçaylının səhhəti, son durumu ilə maraqlanır və narahatlıq hissi keçirirsiniz. Nəzərinizə çatdırım ki, bu gün səhərə olan məlumt belədir.

Koronavirusdan “Yeni Klinika” Tibb Mərkəzində müalicə alan  şairin vəziyyəti orta-ağır olaraq qalır. Ümidverici məqam ondan ibarətdir ki, xəstənin oqrqanizmi müalicəyə müsbətyönümlü adekvat cavab verir və müalicəyə yatımlıdır. Yerdə yaxşı insanların köməyi və həkimlərin səyi, göydə Böyük Allahın izni ilə  inşallah Qələndər müəllimin tezliklə sağalıb, işinin başına dönəcəyi günü səbirsizliklə gözləyirik!!!

Bu  arada nəzərinizə çatdırım ki, şairin qələm dostlarının son günlər mətbuatda yer alan haqqlı narahatçılq dolu çağrış-müraciətlərinə ilk reaksiya Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Azərbaycanın əməkdar jurnalisti, Azərbaycan Yazıçılar İttifaqının üzvü (1986-cı ildən), mətbuatdan və mavi ekranlardan bütün həssas məqamlarda statusundan asılı olmayaraq xalqını hər bir nümayəndəsinin yanında olan,madii və mənəvi dayaq duran, hər bir xırda probleminə belə yüksək həssaslıqla reaksiya verən, “Batman qılınc”ın, “Dolu”nun müəllifi, sevimli yazarımız cənab Aqil Abbasdan gəldi. Hörmətli deputatımız Qələndər Xaçınçaylının səhhəti, hal-hazırkı vəziyyəti ilə maraqlanmış, müalicə həkimləri ilə əlaqə saxlamış, ona verilən məlumata görə hələlik bütün vacib, həyati əhəmiyyətli tədbirlər görülmüşdür. Hər şey nəzarət altındadır…

Belə operativ yanaşmaya və vacib təcili tədbirlərin görülməsinə görə Qələndər Xaçınçaylın qələm dostları, onun sağlıq durumu ilə bağlı  narahatçılıq keçirən silahdaşları, yaxınları adından Aqil müəllimə təşəkkürümüzü bildirir, həmişəki kimi yenə həssas məqamda yanımızda olduğuna görə rəğbətimizi və minnətdarlığımızı çatdırırıq! Sağ olun, Aqil müəllim! Allah Sizdən razı olsun! Allah Sizi qorusun!!!

17.08.2020.

Share: