“K-Line” şirkəti gəmini çərpələng vasitəsilə idarə edəcək

Müstəqil.Az  xəbər verir ki, “Seawing” – küləyin gücünü hərəkət enerjisinə çevirən bir sistemdir. “Seawing” gəminin burun hissəsinə quraşdırılır. Xüsusi materialdan hazırlanmış qurğu külək vasitəsilə avtomatik olaraq işə başlayır. Çərpələng gəmiyə xüsusi texnologiya ilə hazırlanmış tros vasitəsilə bərkidilib. Sistem real vaxt rejimində məkanın meteoroloji göstəricilərini və hidroloji məlumatlarını toplayaraq gəmiyə ötürür.

Sözügedən sistemin ilk olaraq “K-Line” şirkətinə məxsus quru yük gəmisinə quraşdırılması planlaşdırılır. Sistemin Avstraliya və Yaponiya arasında yükdaşıma əməliyyatı həyata keçirən gəmiyə 2021-ci ildə quraşdırılması gözlənilir.

Layihə rəhbərlərinin fikrincə, “Seawing” sistemi gəminin maddi xərclərinin 20% azalmasına xidmət edəcək.

Müstəqil.Az

Mənbə:”Seanews.az”

Share: