Oğuzda maşın aşdı

Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə İsmayıllı-Qaraməryəm-Şəki avtomobil yolunun rayonunun Bucaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan üç nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Artıq onlardan ikisinin ər-arvad olduğu müəyyənləşib. Bunlar  61 yaşlı Şamil Əsədov və onun həyat yoldaşı, 59 yaşlı Məlahət Əsədovadır.

Faktla bağlı araşdırma aparılır.

Müstəqil.Az

Share: