Dünyanın ən böyük LNG ilə çalışan bunker gəmisi Rotterdama gəlib

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki, sözügedən gəmi “CMA CGM” şirkəti ilə bağlanmış müqaviləyə əsasən LNG ilə çalışan konteyner gəmilərini və Şimal dənizində fəaliyyət göstərən bir sıra gəmiləri yanacaqla təmin edəcək.

Çinin “Hudong” gəmiqayırma zavodunda inşa edilmiş gəminin uzunluğu 135 metrdir, yanacaq tutumu isə 18.6 min kub metrdir. Cari ilin avqustun əvvəlində həmin gəmiqayırma zavodunda bu tipli ikinci bunker gəmisinin inşasına start verilib. Təhvili 2021-ci ilin ikinci yarısına planlaşdırılan gəmi Fransanın Marsel-Fos bölgəsində və Aralıq dənizində istismar ediləcək.

Müstəqil.Az

Share: