Hindistana aid “New Diamond” adlı neft tankerində Şri Lankanın şərq sahillərində yanğın olub.
Müstəqil.Az “Seanews.az” – istina edərək xəbər verir ki, hadisə gəmi Küveytin Mina Əl Əhmədi limanından Hindistanın Paradip limanına hərəkət edən zaman baş verib.
Dərhal xilasetmə işləri başlanıb və yanğının baş verdiyi bölgəyə bir təyyarə, iki gəmi göndərilib. Tankerdən neft sızmasının qarşısının alınması üçün lazımi tədbirlər görülüb.
Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Bununla belə, yanğının səbəbi hələlik açıqlanmayıb.
333 metr uzunluğu, 60 metr eni olan tanker 2000-ci ildə inşa edilib.
Müstəqil.Az