Azərbaycanlı şair Türkün böyük sərkərdəsi Hulusi Akara şeir həsr etdi…

Böyük Türk sərkərdəsi Hulusi Akara ithaf!
***
Əzəldən günəş -bayraq, səma bizə göy çadır,
Zaman özü şahiddir türkün od nəfəsinə.
Diri Şəhid ruhları qan yaddaşı oyadır,
Tarixin nizə səsi dəyir raket səsinə.
Qarşımızda dayanmaz daha heç bir maneə,
Qaranlıqdan işıqlı səhərlərə səfər var.
Bizə işləyir artıq hər qiymətli saniyə,
Gözləyirik tezliklə qələbə var, zəfər var.
Mərddir hər bir əsgərim, mərddir hər bir qardaşım.
Türkün son əməli də ilk verdiyi söz olur..
Sevincimdən çay kimi boğur məni göz yaşım,
İki qardaş birləşib, bir yumruqda biz olur.
Sağalacaq zamanla torpağın şırımları.
Bundan belə yurdumda yad ocağı alışmaz,
Səbirlə, təmkin ilə keçib aşırımları,
Haqqa üz tutanlarıq,- haqqla nahaqq qarışmaz.
Qəlbim də qələmim tək güləcəkdir, əminəm,
Daha qandan silkinib gül açıb göyərəcək.
Bir Türk qəhrəmanını qoy gətirim nümunə –
Hər dövlətə Hulusi Akar tək paşa gərək.
Adilə Nəzər
08.09.2020
Müstəqil.AZ
Share: