ABŞ Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Elmar Məmmədyarovla Edvard Nalbandyanın dekabrın 6-da Vyanada keçirilmiş görüşünü alqışlayır.
Müstəqil.Az “Sputnik”ə istinadən xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki müvəqqəti işlər vəkili Harri Kamian ATƏT-in Vyanadakı Xarici işlər nazirləri şurasının 24-cü iclasında bildirib.
Onun sözlərinə görə, ABŞ Dağlıq Aarabağ münaqişəsinin tənzimlənməsində ATƏT-in Minsk qrupunun səylərini dəstəkləyir.
Müstəqil.Az