“Mətanət həkim və İlkin həkim deyir ki, biz belə istəyirik, kimə deyirsən, get, de. Mən isə dərdimi Sizə deyirəm, cənab Prezident. İnanmıram ki onların saya salmadıqları “KİM”lərin sırasında siz olasınız”
Müstəqil.Az saytının ünvanına Füzuli rayonu Horadiz Kənd sakini 2-ci qrup əlil və Şəhid ailəsi Heydərov Tehran Əbil oğlu tərəfindən məktub daxil olub. Məktubda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə olunan müraciət -ə ərizə öz əksini tapıb. Müraciəti olduğu kimi yayınlayırıq:
“Hörmətli, Cənab Prezident, salam.
Azərbaycan Respublikasında dayanaqlı iqdisadiyat, yüksək döyüş qabiliyətinə malik olan Milli ordumuz, ölkəmizin sərhədlərinin layiqincə qorunması, Azərbaycan əhalisinin maddi rifah halının günü-gündən yaxşılaşması, ölkəmizdəki daxili sabitlik, sosial problemlərin həlli, Azərbaycan Respublikasının beynəlxalq aləmdə nüfuzlu və sülhsevər Dövlət kimi tanınması, zaman zaman Azərbaycan Dövlətinin dünya miqyasında güclü dövlətə cevirilməsi, beynəlxalq əhəmiyətli tədbirlərin Azərbaycanda keçirilməsi, Qafqazın ən inkişaf etmiş ölkəsi kimi Avropa oyunlarinın Azərbaycan Respublikasında keçirilməsi ilə bütün dünyanın bu işə heyran qalması məhz sizin Azərbaycan Respublikasına rəhbərlik etməyinizlə bağlıdır.
Allahın köməyi və sizin rəhbərliyinizlə mən və bütün Azərbaycan vətəndaşları əminik ki, tezliklə itirilmiş tqrpaqlarımız geri qaytarılacaq, ölkəmizin ərazi bütövlüyü tam təmin olunacaq. Azərbaycan Respubliksının Silahlı qüvvələrinin əsgərləri tezliklə ermənistan əsgərlərini açıq döyüş meydanında tərkisilah etməklə onları Azərbaycan xalqı qarşısında diz çökdürəcək və ermənistan respublikasının dövlət bayrağını xalqımızın ayaqları altına atacaqlar. Necəki 2-5 arel 2016–cı ildə Azərbaycan Respublikası silahlı qüvvələrinin əsgərləri belə bir şərəfli və möhtəşəm hərbi qələbənin öhdəlmağımla bərabər Azərbaycan xalqının qulluqçusuyam deməyinizi və mən hər bir Azərbaycan vətəndaşının qarantıyam və hər zaman vətəndaşımın yanındayam deməyinizi hər bir Azərbaycan vətəndaşı görür və sizin diqqət və qayğınızı hər zaman hiss edirik.
Hörmətli, Cənab Prezident!sindən layiqincə gəldilər.
Sizin mən Azərbaycan Respublikasının Prezidenti o
Mənim Azərbaycan Dövlətindən heç bir şikayətim və narazılığım yoxdur. Azərbaycan Dövlətinin düzgün və demokratik prinsiplər əsasında idarə olunmasına görə şəxsən sizə özüm və ailə üzvlərim adından təşəkkür edirəm. Mənim tibbi sosial ekspert komisiyasının üzvləri olan Mətanət və İlkin adlı həkimlərdən haqlı olaraq sizə şikayətim var.
Mən Heydərov Tehran Əbil oğlu 2-ci qrup hərbi əlil və 2-ci dünya müharibəsi veteranlarına bərabər tutulan şəxs 01.03.1964- cü ildə Füzuli rayonunun Horadiz kəndində anadan olmuşam. YAP-n üzvüyəm. Hal hazırda Füzuli rayonu Qayıdış-3 qəsəbəsində ailə üzvlərimlə birlikdə 39-N-li evdə məskunlaşıb yaşayıram. Qardaşım Heydərov Muxtar Əbil oğlu torpaqlarımızın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olub.
Hörmətli Cənab Prezident!
Mən 1982-84 cü illərdə Sovet silahlı qüvvələrinin tərkibində Almaniya Demokratik Respublikasının Drezden şəhərində Sovet silahlı qüvvələrinə aid olan motoatıcı hərbi hissənin tərkibində döyüş tapşırığını yerinə yetirərkən hərbi travma almışam. 2-ci dünya müharibəsi əlillərinə bərabər tutulan şəxsəm. Sağ bud sümüyüm qırılıb, oturacaq canaq sümüklərim qırilıb, sağ daban sümüyüm sınıb, daxili orqanlarım əzilib və sidik kisəm dağıldığına görə Almaniya Demorkatik Respublikasında Sovet silahlı qüvvələrinə aid olan hərbi hospitalda əməliyat olunmuşam. Bir ilə kimi hərbi hosbitalda sümüklərimin birləşməsi ilə əlaqədar arxası üstə ayaqlarımdan dəmirlər asılı vəziyətdə qalmışam. Sonra mənim vəziyətim ağır olduğu üçün məni Almaniya Demokratik Respublikasından Azərbaycan Respublikasının indiki mərkəzi hospitalı olan hospitala köçürüblər. Arxiv sənədlərim yoxlanıla bilər. Həmin hospitaldan da buraxılmışam evə. Mənim sağlamlığımla əlaqədar hərəkət məhdudiyətim var. 1984-cü ildən bu günə kimi 36 ildir ki mən 2-ci qrup hərbi travmalı əliləm. Mən hər il hərbi xidmətdə aldığım hərbi travmaya görə öz hesabıma müalicə olunuram. 2013 cü ildə hərbi xidmətdə aldığım travmaya görə səhətimin ağırlaşması ilə əlaqədar olaraq yenidən əməliyət olunmuşam.
Hörmətli Cənab Prezident !
36 ildən sonra məni 2 –ci qrup əlilikdən 3-cü qrup əlillik dərəcəsinə endiriblər. Mən həkimdən soruşdum ki, hərbi travma sağalan yara deyil, axı siz niyə bilə edirsiniz? Bu torpqaqlarımızın azadlığı suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəxslər üçün və demokratik prinsiplər əsasında idarə olunan Dövlətimiz üçün bir təhqirdir, hörmətsizlikdir. Komisiya üzvü olan və Azərbaycan xalqının hər an qanını içməyə hazır olan, tibbi sosial ekspert komisiyasının sədri Məmmədova Mətanət Nəbi qızı və xalqına xidməti yerində qənim kəsilmiş həkim Şirinov İlkin mənə dedilər ki, bizə belə tapşırıq verilib. Başqa söhbət etmək lazım deyil. Əgər danışsan və ya başqa yerlərə məlumat vermiş olsan ümumiyətlə sənin hərbi travmanı ləğv edəcəyik. Bu tapşırığı onlara kim verib deyə bilmərəm, amma onu bilirəm ki, bu iki şəxs Dövlətimizə xəyanət edirlər. Mətanət həkim mənə deyir ki, sənin hərbi ilə hec bir əlaqən olmayıb. İlkin həkim isə deyir ki, mən belə istəyirəm sənin əlillik qrupunu endirirəm aşağı. Kimə deyirsən, get, de. Mən isə dərdimi Sizə deyirəm, cənab Prezident.. İnanmıram ki, onların saya salmadıqları “Kim” lərin sırasında siz olasınız. Yəqin ki sizin ünvanınıza belə zözü deyə bilməzlər. Xahiş edirəm mənim Hərbi komisarlıqda arxiv sənədlərim yoxlanılsın.
Hörmətli Cənab Prezident!
Mətanət və İlkin həkim bu məsələdə Azərbaycan Respublikası Konstitutsiyanın 47–ci maddəsini və əlillərin sosial müdafiəsi haqqında Qanunun 8–ci maddəsini rəsmi surətdə pozublar, vəzifə səlahiyətlərindən suistifadə halına yol veriblər. Hələ bunlar bilmirlər ki, vətəndaşın fikir və söz azadlığını, haqqını və hüququnu tapdalamaq olmaz. Bu kimi hallar totalitar rejimə aid olan bir məsələdir. Mətanət və İlkin həkim hələdə bilmirlər ki, Ulu öndərimiz Azərbaycan xalqının xilaskarı Heydər Əliyev kimi böyük Şəxsiyyətin 1993-cü ildə Azərbaycan xalqının tələbi ilə yenidən Hakimiyətə qayışından sonra bu kimi hallar tarixə keçdi. Heydər Əliyev kimi şəxsiyyətin hakimiyətə qayıdışından sonra xalqın Dövlətə olan inamını özünə qaytardı. Həmin vaxtan Azərbaycan xalqının yeganə inam yeri Azərbaycan Dövləti, Azərbaycan Respublikasının Prezidenti və Dövlətimizin Qanunlarıdır.
Hörmətli Cənab Prezident!
Onlar Azərbaycan Respubliksı Konstitutsiyasının 1–ci maddəsinə əsasən Azərbaycanda Hakimiyətin yeganə mənbəyi Azərbaycan xalqının olduğunu yəqin ki bilmirlər. Xalqdan yüksəkdə heç kim durmur. Mən də bu xalqın nümayəndəsiyəm, bu cəmiyətin tamhüquqlu üzvüyəm və Azərbaycan Dövlətinin vətandaşıyam. Mənim bu ölkədə yaşamaq, işləmək, istirahət etmək və digər hüquqlarım olduğu kimi ölkə qarşısında müddətli və şərəfli hərbi xidmət keçdiyim zaman aldığım hərbi travmaya görə Konstitutsiyamızın 38–ci maddəsinə əsasən sosial təminat hüququm var. Azərbaycan dövləti öz üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirib. Lakin Mətanət və ilkin həkim mənim və mənim kimilərinin sosial təminat hüquqlarını pozmaqla Azərbaycan Dövlətinə ləkə gətirirlər, bir vətəndaş kimi mənim milli qüruruma və heysiyatıma toxunublar. Mənim qəbahətim nədədir bilmirəm, yəqin ki hərbi xidməti vəzifəmi Dövlətimiz qarşısında layiqincə yerinə yetidiyimə görədir ki, bu gün Dövlətimizin qarşısında Mətanət həkim və İlkin həkim mənə belə sözlər deyirlər. Mən əminəm ki, mənim bu məktubumdan sonra onlar Dövlətimiz tərəfindən layiqli cavablarını alacaqlar və Azərbaycan Dövlətini qarşılarında görərək özlərini dərk edəcəklər. Azərbaycan Dövlətinin vətəndaşları hər zaman Ali Baş komandanının və Ölkə Prezidentinin yanında olduğu halda Mətanət və İlkin həkim kimiləri bizləri Dövlətimizdən narazı salmağa çalışırlar. Bunların hərəkətləri Konstitutsıyamızın tələblərinə Ölkə Prezidentinin daxili siyasətinə tamamilə zidd olan bir hərəkətlərdir.
Hörmətli Cənab Prezident!
Mən hərbi əlil kimi və Şəhid ailəsi kimi sizdən xahiş edirəm Azərbaycan Dövlətinin və Ölkənin idarə olunmasında danılmaz xidməti olan Prezidenti kimi hər zaman Azərbaycan Respublikası vətəndaşlarının yanında olduğunuz kimi, bu gündə vətəndaşınızın sizə qarşı olan münasibitini, inamını və müracətini nəzərə alıb mənim sosial təminat hüququmun 2 ci qrup hərbi əlil kimi bərba olunmasına göstəriş verməyinizi Sizdən xahiş edirəm. Mən hələ bu günə kimi heç bir müharibədə və yaxud hər hansısa bir hərbi xidmətdə alınan hərbi travmanın 36 ildən sonra və yaxud bir neçə ildən sonra sağaldığına rast gəlməmişəm. Heç bir kitabda və yaxud hərbi mətbuatda rast gəlməmişəm və oxumamışam. Müharibələrdə və hərbi xidmətlərdə alınan yara tək əsgərin yox Dövlətin də sağalmaz yarası hesab olunur. Mənim fikirimcə cəbhədə döyüş tapşırığını yerinə yetirən əsgərə dəyən güllə Azərbaycan Dövlətinin qəlbinə dəyir. Əsgər yaralanırsa Dövlətimiz yaralanır. Cənab Prezident mənim bu gün hərbi əlil olaraq Azərbaycan Dövlətinin ədalətlinə, gücünə və vətandaşını müdafiə etməsinə ehtiyacım var. Mən hərbi travmalı və Böyük vətən müharibəsi əlillərinə bərabər tutulan şəxs olmağım haqda istənilən hərbi sənədlərimi hökümətə təqdim etməyə hazıram. Xahiş edirəm mənim ərizəmə biganə yanaşmayasıniz. Mətanət və İlkin həkimin demələrindən belə başa düşülür ki, bir necə ildən sonra şəhidlərimiz yaddan çıxacaq, cəbhədə yaralanan əsgər qardaşlarımız sağalacaqlar? Mən onu bilirəm ki əsgər sözü və əsgər geyimi müqəddəs bir varlıqdır. Ona görə ki. o geyimdə Azərbaycan Dövlətinin simvolik rəmzləri olan ay ulduzlu üç rəngli Bayrağımız və Dövlətimizin Gerbi hək olunub. Əsgər harada xidmət etməsindən asılı olmayaraq Azərbaycan dövlətini şərəflə təmsil edir. Şəhid olandada . cəbhədə yaralandada . hərbi travma alandada əsgər geyimində olurlar. Mətanət və İlkin həkim isə bu müqəddəs ada hörmətsizlik edirlər və ləkə gətirirlər. Cənab Prezident sizin dəyərli vaxtınızı aldığım üçün xahiş edirəm məni üzürlü hesab edəsiniz. Sizin Azərbaycan Dövlətinin vətəndaşlarına olan səmimiyətinizə və inamınıza görə Sizə öz adımdan və ailə üzvlərim adından təşəkkür edirəm. Ulu tanrı sizi qorusun. Çox sağ olun.
Hörmətlə: Füzuli rayonu Horadiz kəndi 2-ci qrup hərbi əlil Heydərov Tehran Əbil oğlu
P.S. Müstəqil.Az Tehran Heydərovun müraciətini gündəmdə saxlayır və jurnalis araşdırması aparır. Məktub-müraciətdə adları hallanan Mətanət Məmmədovanın və İlkin Şirinovun söz haqqını tanıyır