Şəhid general Polad Həşimovun əbədi xatirəsinə ithaf olunub
Bugün sizə çətin və eyni zamanda çox şərəfli bir yoldan danışacağam… O şərəfli yoldan ki, bu yol hər kəsə nəsib olmur… O yoldan bəhs edəcəm ki, Vətən uğrunda canından, qanından keçməyə hazır olursan.n Axı hansı cümlələrlə, hansı sözlərlə bu hissləri çatdıra bilərik ki?
Bir gün onun evinə zəng gəldi
– Salam. General Polad Həşimovun evidir?
-Hə, oğul, onun evidir… Amma evdə deyil…
Polad Həşimov illər idi ki öz evində olmurdu. Bu onun taleyi, alın yazısı idi. O, Vətənin müdafiəsində durmağı, əsgərləri ilə birgə olmağı hər şeydən üstün tuturdu.
Bu zəng olunan zamanda da o, Tovuzda idi, torpaqlarımızı bədnam qonşudan, əzəli düşmınlərimizdən qorumağa getmişdi. Əsgərləri ilə bir cərgədə dayanmışdı. Vətəni qorumağa, düşmənə yerini göstərməyə gəlmişdi.
Onu tanıyanlar yaxşı bilirdi ki, generalın ürəyi Vətən sevgisi ilə alışıb yanırdı. Hər zaman belə deyərdi “Torpağımıza düşmənlərin ayağı dəydikcə mənə rahatlıq yoxdur! Torpağımız, Vətənimiz üçün canımı da qurban verməyə hazıram.”
O, belə də etdi, Vətənin müdafiəsində şəhadətə qovuşdu.
Anasının xəyalları tez-tez quş kimi ötən günlərə uçurdu. Poladın orta məktəbə getməsi, dərs əlaçısı olması, müəllimlərin və sinif yoldaşlarının sevimlisinə çevrilməsi son günlər daha çox gözlərinin önünə gəlirdi və ürəyi dağa dönürdü. Ananın gözləri önündə illər çox sürətlə keçir, bir birini əvəzləyirdi; Polad orta məktəbi bitirmiş, Ali hərbi məktəbdə oxumuş, Türkiyədə təhsilini davam etdirmiş, zabit kimi Vətəninin müdafiəsində dayanmış, ailə, oğul-uşaq sahibi olmuşdu. Ananın gözlərində isə yenə də uşaq idi, gənc idi…
Polad görəvinə düşən işin öhdəsindən ləyaqətlə gəlirdi. Vaxtının çoxunu işdə keçirərdi. Əsgərlərinin problemləri özünün problemi idi, əsgər döyüşə atılacaq, o bütün qayğıdan uzaq olmalıdır…
…Belə zənglər çox olardı, Poladı axtarardılar, amma evdə tapmazdılar. Sorğı cəbhə bölgəsindən, səngərdən, əsgərlrinin yanından gələrdi.
****
Bir gün əsgərləri ilə qarlı havada poliqona gedibmişlər. Güclü yağan qardan sonra Polad və onun əsgərləri ilə əlaqə kəsilmibmiş. Ailəsi çox üzülmüş gecələri gündüzlərinə qarışmışdı. Bu zaman isə Polad əsgərlərini soyuqdan və təhlükədən qorumaq üçün əsl fədəkarlıq göstərdi. Özü və əsgərləri qəfil yaranan qar uçrumun altında qalıbmış. Polad cəld hərəkətlə qar topasının altından çıxıb, heç kəsin səsinin gəlmədiyini görüb, özündə güc toplayıb qar uçqununun altından çıxdıqdan sonra əsgərlərini səsləyir. Bu zaman əsgərlərin xırıltılı səslərini eşidir.
-Güclü olun, özünüzü itirməyin, hərəkət edin, hamınıza kömək edəcəm.
Əsgərlərini darda qoymur.
Əsgərlərdən biri uçqundan bir qədər nəfəslik açıldığını görüb, komandirinə deyir:
– Komandir, məni buraxın öz canınızı, digər əsgərləri qurtarın. Mən onsuzda çox dərindəyəm, çıxa bilmiyəcəm burdan.
-Mən səni burada və bu vəzyətdə buraxan deyiləm. Əsgər vətən əmanətidir, Əmanətə xəyanət edə bilmərəm!
Əllərinin qabığı soyuqdan, qardan soyularaq qanı axsada, Polad və əsgərləri qarı topasını təmizləməyə başlayır. Sonuncu əsgəri də uçqunun altından çıxartdıqdan sonra bir qədər rahat nəfəs alır. Yaralı əsgəri çiyinlərinə alıb, geri qayıdırlar.
Əsgər, Polad Həşimova, Sizə minnətdaram, komandir. Siz bizə təkcə komandir deyil, ata-ana əvəzisiz, böyük qardaşsız.
Burada da bizə bir ata kimi qayğı göstərdiniz. Sizinlə fəxr edirəm! Fəxr edirəm ki, siz bizim komandirimsiz və sizdən hələ çox şey öyqənməliyik, – deyir.
Gözləri dolan Polad Həşimov gülümsədi… O vaxt Polad mayor rütbəsində imiş…
*****
…Həşimovun ailəsi hər gün telefonun qarşısında Poladdan gələcək zəngi gözləyirdi. Onun zəngi gəlməyincə, səsi eşidilməyincə nə yata bilirdilər nə də ki, bir tikə çörək boğazlarından keçirdi.
Belə günlərin birində qapı döyülür. Qızı qapını açdıqda atasının gözləri qarşısında dayandığını görür və atasına sarılır?
– Bəs, hardaydın, ata? Biz səndən xəbər alana kimi yaşamaq nədi bilmədik. Qardaşımın ad günüdür axı, mən bilirdim gələcəksən, amma niyə gecikirsən, ata?
– Qızım, gəldim. Torpağımızı, əsgərlərimizi qoruyurdum!
Yoldaşı və oğlanları ilədə görüşdükdən sonra böyük oğluna söyləyir;
– Oğlum, ad günün mübarək! Sənə tövsiyyəm budur, hər zaman Vətənivə, torpağıva layiqli bir oğul olasan”.
– Çox sağ ol, ata can. Sənə, damarlarımda axan Azərbaycan qanına and olsun ki, mən də sənin kimi torpağımızı qoruyacağam!..
*****
…Poladın səsi sorağı həmişə qanlı-qadalı yerlərdən gəlirdi. Xain düşmənlərimiz sakit durmaq bilmirdi. 2016-cı ilin aprel ayının 1-dən 2-nə keçən gecədən başlayaraq yenidən Ermənistan salahlı güvvələri Azərbaycanın işğal altında olan Qarabağda atəşkəsi pozur, ətrafa
– Əlbətdə məhv edəcəyik! Bir planım var…qayalıqların arxasından gedib orda gizlənən ermənilərin ehtiyat qüvvəsini yaşayan dinc sakinlərə atəş açırdı. Lələtəpə uğrunda bgedən döyüşlərdə də Polad Həşimovun komandiri olduğu hərbi birləşmələrimiz əsl qəhrəmanlıq göstərdi. Düşmənə yerini göstərdilər.
– Polad ehtiyatlı ol… düşman yaxındadı, ehtiyatlı ol!
Yaxın dostu, kəşfiyyatçı polkovnik Raquf Orucovun səsi idi və əlavə etdiki bizə onların gücü çatmaz! Şəhidlərimizin qanın yerdə qoymayıb düşmənlarımızı məhv edəcəyik!
(Günay Əzizovanın “Yenilməz ordumuz” rəsmi ordumuzun son döyüşünə həsr olunub)
Həşimov dediyi kimi də edir, çox sayda düşməni öldürür və bu zaman özü də yaralanır. Əməliyyat sonu, Raqufun yaralandığını bilir, tez özünü ona çatdırır?
– Dayan! Güclü ol!
– Mən Şəhid oluram, dostum. Vətənimə canım da qurban! Ailəmə onları çox sevdiyimi söyləyərsən. Özündən muğayət ol, qardaş!
Dörd gün çəkən bu döyüşdə, düşmənlərə ağır itki ilə üzləşdi, mövqelərimizi daha da möhkəmləndirdik.
Tərtər rayonunun Talış kəndi ətrafında ki, yüksəkliklər və Malaqız kəndi istiqamətində yollar, Seysulan və Qazaxlar kəndləri, Goranboy rayonunun Gülüstan kəndi istiqamətində yollar, Cəbrayıl rayonunun Lalə təpə yüksəkliyi və Cocuq Mərcanlı kəndi azad olunmuşdurƏsgərlərimiz əzmlə, düşmənə nifrətlə döyüşdü! Qorxmadan savaşdılar, çünkü Vətən uğrunda döyüşdülər…
…Sanki aprel döyüşləri təkrarlanmış kimiydi. 2020-cı ilin iyul ayının 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı güvvələri Azərbaycan Dövlət Sərhəd Xidmətinin Tovuz rayonunda yerləşən mövqelərini artilleriya qurğularından atəşə tutublar. Əsgərlərimiz bu dəfə də mərdliklə döyüşüb çox sayda düşməni məhv etdilər. Polad Həşimov da orada idi…
. Bu döyüşdə də, müdafiənin ön xəttində olub və qəhrəmancasına döyüşən general-mayor Həşimov Polad İsrayil oğlu Şəhidlik zirvəsinə ucalır.Düşmənin çoxlu sayda hərbi texnikasını , canlı qüvvəsini məhv etsək də, təəssüf ki, Azərbaycan ordusunun da ağır itgiləri oldu.
General-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, gizir İlqar Zeynallı, gizir Yaşar Babayev, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Elçin Mustafazadə, baş leytenant Rəşad Mahmudov, çavuş Vüqar Sadiqov, baş əsgər Elşad Məmmədov, əsgər Xəyyam Daşdəmirov və Nazim İsmayılovun şəhadətə qovuşması itkilərimizin böyüklüyündən xəbər verir. Vətən və xalq sizləri unutmayacaq! Allah rəhmət eləsin sizlərə. Onların şərəfinə əsərlər yazılacaq, kinolar çəkiləcək, gələcək nəslə qəhrəmanlıq səlnaməmizin şərəfli səhifəsi olaraq təqdim olunacaq.
Üzərində gəzdiyimiz ana torpaq haraylayır,
Şəhid verdi Azərbaycan.
Doğma yurdum, elim, obam qan ağlayır,-
Şəhid verdi Azərbaycan.
Polad kimi genralları, əsgərləri, gizirləri,
Vətənimin uca dağı, gur çayları, dənizləri
yaşarmasın ağlamaqdan anaların bənizləri
Şəhid verdi Azərbaycan.
Qüdrətlisən, əyilməzsən mənim xalqım,
düşmənimə qan udduran, qənim xalqım
qoy qurusun gözlərindən nəmin, alqım,
Şəhid verdi Azərbaycan.