Tanınmış ekstrasens Zirəddin Rzayev 2017-ci ildə Rusiya mediasına müsahibəsində Avropanın 2018-ci ildə süni virus yaradacağını, 2019-cu ildən Şərqdə yayacağını demişdi. O, həmçinin qeyd etmişdi ki, bu virus bütün Yer üzünü bürüyəcək və insanlar kütləvi şəkildə maskada gəzmək məcburiyyətində qalacaqlar.
Axar.az xəbər verir ki, Zirəddin Rzayevin bu proqnozu yüzdəyüz düz çıxsa da, koronavirusla bağlı nikbin proqnozu doğrulmadı.
Belə ki, ekstrasens bu ilin mart ayında saytımıza müsahibəsində yayın axırlarında bu virusun tam zərərsizləşdiriləcəyini demişdi. Lakin göründüyü kimi, yayın son günlərini yaşamağımıza baxmayaraq, koronavirus nəinki zərərsizləşdirilməyib, hətta Avropada artıq ikinci dalğası start götürüb.
Ekstrasensin digər bir proqnozu isə həbsdə olan azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlıdır. Zirəddin Rzayev martın sonlarında Mənsimovla bağlı proqnoz verərək, onun yaxın 4 ay ərazində həbsdən buraxılmayacağını, prosesin daha bir neçə ay davam edəcəyini demişdi. Həqiqətən də Mənsimovun ötən gün baş tutan məhkəməsində onun azadlığa buraxılacağı gözlənilsə də, məhkəmə dekabrın 9-na qədər uzadıldı və o, həbsdə qaldı.
Müstəqil.Az