Azərbaycanda eyni şəxsə məxsus 3 şirkət ləğv olunur

Azərbaycanda eyni hüquqi ünvanda dövlət qeydiyyatına alımış Tunex-56, Qrant-81 və Xəzər-06 MMC-lər ləğv olunduğunu elan edib.

Müstəqil.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzetində qeyd olunub.

Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Lənkəran şəhəri, Hənifə Abdullayev küçəsi, ev 2, mənzil 47 ünvanına bildirə bilərlər.

Müstəqil.Az

     

    Share: