Ukraynalı nazir Georgi Tuka Rusiyanın parçalanması ilə bağlı çağırışını ABŞ nəzarətçilərinin basqısı altında edib.
Müstəqil.Az Axar.az -a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Rusiya Federasiya Şurasının Təhlükəsizlik və Müdafiə Komitəsinin sədr müavini Frants Klintseviç söyləyib.
“Əgər bu nəzarət olmasaydı, Ukrayna öz-özünə məhv olacaqdı. Hazırda amerikalılar Ukraynanı əllərində saxlayır. Eyni zamanda da hər cür rusafobiyadan istifadə edirlər”, – Klintseviç vurğulayıb.
O əlavə edib ki, Rusiyanı parçalamağa heç kimin gücü çatmayacaq:
“Amerikalı və ukraynalı cənablar dişlərini qırsa da, məqsədlərinə çata bilməyəcək. Rusiya çox yaxın zamanda perspektivli insanları ətrafında birləşdirəcək. Ona görə də ölkəni dağıtmaq istəyənlər tələsməlidir. Buna artıq çox az qaldı”.
Qeyd edək ki, Tuka Kiyevin əsas məqsədinin Rusiyanı hissələrə bölmək olduğunu bildirmişdi.
Müstəqil.Az