Həkimlərin bağışlanmaz səhvi…Qadının döşünü səhvən kəsdilər..-FOTO

Həkimlər analizi səhv saldıqları üçün çox böyük səhvə yol veriblər. Hadisədən sonra zərərçəkən qadın depressiyaya düşüb.
Müstəqil.Az Moderator.az-a istinadən xəbər verir ki, bədbəxt hadisə Britaniyada baş verib. 46 yaşlı Məryəm Yazdani həkimlərin səhvinin qurbanı olub. Onu müayinə edən həkimlər qadına döş xərçəngi diaqnozu qoyublar. Sonradan analizlərin başqa bir xəstənin analiz cavabı ilə səhv salınması Məryəmin həyatını alt-üst edib.
Səkkiz saatlıq əməliyyatdan sonra həkimlər onun döşünü kəsiblər. Evə müalicəyə buraxılan qadına gələn zəng isə onu və yaxınlarını çilədən çıxarıb. Belə ki, həkimlər səhvlərini etiraf edərək,  Məryəmə zəng vurub üzr istəyiblər. Bundan sonra depressiyaya düşən qadın işlətdiyi gözəllik salonunu da bağlayıb.
Ehtimal olunur ki, qadın həkimlərdən səhvlərinə görə böyük məbləğdə kompensassiya tələb edəcək.
 
Müstəqil.Az

Share: