Müstəqil.az Daily Mail-ə istinadən xəbər verir ki, Avstraliyanın Adeleyd çayında ekskursiya zamanı turistlərin olduğu qayığın yarım metrliyində 6 metrlik timsah tullanaraq hamını şoka salıb.
Kvinslenddən olan 25 yaşlı inşaatçı Ris Krouli imkan tapıb çay yırtıcısının şəklini çəkib və o indi yarımparad portreti ilə öyünə bilər.
Ris Krouli Avsraliyanın Dominator adı ilə məşhur olan ən böyük timsahlarından birinin şəklini çəkməyə müvəffəq olub. Qorxunc görkəminə baxmayaraq, yırtıcı heç kimə zərər verməyib, amma bir neçə dəqiqə qayığın arxasınca üzüb. Timsahın tullanmasına səbəb sərnişinlərdən birinin şirniyyatla timsahı şirnikləndirməsi olub, amma onlar bu qədər effekti gözləmirmişlər:
“Bizə deyirdilər ki, bu bölgədə o ən aqressiv timsahdır, amma tullananda daha çox əhilləşmişə bənzəyirdi. O sadəcə bizi müşayət edirdi, sonra da çıxıb salamlaşdı”…
Müstəqil.Az