Şəhid bacısı: “Şəhidlərimizin qanı ancaq torpaqlar tam alınan halda yerdə qalmayacaq”

Şəhid bacısı: “Şəhidlərimizin qanı ancaq torpaqlar tam alınan halda yerdə qalmayacaq”

Qardaşım mülki həyatında belə həmişə dostlarının,yaxınlarının bir çətinliyi olsa,təhlükəli anlarda belə özünü ilk qabağa atan insan idi. Çox fədakar ,layiqli ,ürəkli insan idi.Mərdliyindən zatən şübhəmiz yox idi.

Bu il ,İyul ayının 24-ü igid qardaşımı (Nuriyev Saleh Səxavət oğlunu) əsgər apardılar.Anamın istəyi ilə qardaşımı xahiş edərək Gəncədə saxlatdırdıq.Sonra müharibə başlayan vaxt öz istəyi ilə Daşkəsənə gedib ,orda xəstələnmişdi və biz soruşanda da Gəncədə olduğunu deyirdi amma israr edildikdən sonra düzünü demişdi.Halbuki həmən vaxt qardaşım Daşkəsəndə hərbi hissənin hospitalında yatırdı xəstələndiyinı görə . Amma bizdən gizlədirdi əvvəldə.
Bu arada ikinci şəkildə olan dayım Orucov Kamran-27.01.1974 təvəllüdlü—1992 ci ildə Ağdam döyüşlərində könüllü olaraq iştirak edib. Getdiyi 4 ay olmadan Fərux dağında itkin xəbəri gəlib.O vaxtdan ailəsi ,anam da bu acını yaşayırlar.Və elə bu səbəblə də anam “Mənim qardaşım o vaxt şəhid olub artıq ,oğlumu da şəhid verib bir daha ikinci acı yaşamaq istəmirəm ” məqsədi ilə yenidən komandirə zəng edərək Gəncəyə qaytarılmasını xahiş etdi.Xahiş nəzərə alınaraq icra olundu .İgid qardaşım bir az keçəndən sonra hər birimizə zəng edərək ,”mən burda qala bilmirəm,mən dostlarımın yanında olmaq istəyirəm, xahiş edirəm mənə razılıq verin ora gedim” kimi dəfələrlə israr edirdi.Hətta dostlarından aldığımız məlumata görə hospitalda olduğu müddətdə dostlarına” mən döyüşə gedib dayımın intiqamını almaq istəyirəm ” kimi şeylər deyirmiş .
Bir müddət aradan sonra Oktyabr ayının 15-i evə zəng edib “Heç bir narahatçılıq yoxdur hər şey yaxşıdır, Cəbrayıldayam” deyib bizimlə danışdı. Çox təəssüf , acı hissi ilə qeyd edirəm ki,Oktyabr ayının 17-i qorxduğumuz , çox acı olan əziz ,igid qardaşımın şəhid xəbəri bizim də qapımızı döydü !İçimiz yanır amma həm də məğruruq! Allah məkanını cənnət etsin! Sizlərdən 3 bacı, anam və atam adından rica edirəm ki, paylaşın bu yazımı. Qoy igid qardaşımı hər kəs tanısın. İgid qardaşım da başqa igid şəhidlərimiz kimi tanınsa bizim yaramıza bir qədər də olsa məlhəm olar. Ona görə sizlər bizim yaramıza ancaq məlhəm ola bilərsiz.
Allah bütün şəhidlərimizə rəhmət və ailələrinə səbr versin. Şəhidlərimizin qanı ancaq torpaqlar tam alınan halda yerdə qalmayacaqdır!!!
İlahə Salehli
Şəhid bacısı
Share: