Kəlbəcərdə zəngin uran yataqları var. Mən həmin geoloji kəşfiyyat işlərində baş mühəndis kimi çalışmışam. Vaxtilə həmin uran yatağının üstünü basdırıb plombladılar. Mən bu saat da həmin yataqların yerini bilirəm. Televizorda baxıb görürəm ki, Kəlbəcərin sərvətlərində Fransanın prezidentinin də gözü var. Amma o İlham Əliyevi aldada bilməz. İlham Əliyev Makron kimi prezidentlərin çoxunu yola salıb. İnşallah İlham Əliyev bizi Kəlbəcərə qaytaracaq və bizlər yenidən həmin təbii sərvətlərin sahibi olacağıq. İlham Əliyev Heydər Əliyevin nişanəsi, onun yurdunun sahibidir, inşallah o arzularımızın hamısını çin edəcək.