Fransada son dörd gündə türklərə qarşı ikinci irqçi hücum təşkil olub.
“Haber Global” xəbər verir ki, hadisə Nant şəhərində baş verib.
Naməlum şəxslər türklərə aid qəssab dükanına hücum edib. Hücum zamanı obyektə maddi zərər dəyib. İrqçi hücumu həyata keçirənlər dükanının divarlarına “Türklərə ölüm”, “Ərdoğana ölüm”, “Ölkənizə geri dönün”, “Yaşasın donuz” tipli təhqiramiz ifadələr yazıblar.
Hücumun kimlər tərəfindən törədildiyi məlum deyil.
Qeyd edək ki, üç gün öncə də oxşar hadisə baş vermişdi.