Türkiyə müdafiə naziri Hulusi Akar, Quru Qoşunları komandanı ordu-generalı Ümit Dündar və Hərbi Hava Qüvvələri komandanı ordu-generalı Hasan Küçükakyüz bu gün Azərbaycan Müdafiə Nazirliyinə gələrək görüş keçiriblər.
Qaynarinfo-nun məlumatına görə, Azərbaycan müdafiə naziri Zakir Həsənov tərəfindən qarşılanan Akar nazirlikdə Azərbaycan Ordusunu öz torpaqlarını işğaldan xilas etməsinə görə təbrik edib.