Nikol Paşinyan fəraridir. O, Qarabağı satıb.
Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru, Vətən Partiyasının sədri Artur Vanetsyan bildirib.
“Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi, general-polkovnik Onik Qasparyanın öz postunu qoyub qaçan fərarinin qəbuluna gedəcəyinə inanmıram. Nikol Paşinyan fəraridir. Çünki ən məsuliyyətli yerlərdən qaçıb. Ən böyük fərari o və müharibə başlayanadək ordu sıralarından tərxis olunan ətrafıdır”, – A.Vanetsyan bildirib.
Müstəqil.Az