Kəlbəcəri tərk edən ermənilər ölüləri qəbirlərindən çıxararaq özləri ilə aparıblar.
Müstəqil.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə fotolar yayılıb.
Hazırda ermənilərin Kəlbəcərdən köçü yekunlaşmaq üzrədir. Onlar daşına bilən əşyaları aparır, evləri və mülki obyektləri, meşələri yandıraraq Kəlbəcərdən çıxırlar.
Qeyd edək ki, üçtərəfli bəyanata əsasən, Kəlbəcər noyabrın 15-də Azərbaycana qaytarılacaq. / Modern.az