Ermənistan dövləti dünya xəritəsində yalnız Rusiyanın sayəsində mövcuddur.
Müstəqil.Az xəbər verir ki, bunu “Rus marağı” Youtube-kanalının efirində Rusiya Xarici Kəşfiyyat Xidmətinin istefada olan general-leytenantı Leonid Reşetnikov deyib.
Onun sözlərinə görə, əgər bu gün Ermənistanda anti-Rusiya qüvvələri hakimiyyətə gəlsələr, bu dövlətdən heç nə qalmayacaq.
“Unutmaq lazım deyil ki, “Ermənistan” sözü Rusiya imperiyası ilə dirilib, o yox idi. Bu çoxdan, yüzillər, yüzilliklər bundan əvvəl olub və ermənilərin indi malik olduqları hər şey Rusiyanın, sonra isə Sovet İttifaqının köməyi ilə edilib”, – deyə L.Reşetnikov bildirib.
“Və əgər orada hansısa daha bir qüvvə-artıq küçədən yox, dalandan hakimiyyətə gələrsə, onda Ermənistanın sadəcə sonu çatacaq, o mövcud olmayacaq”, – deyə istefada olan general-leytenant əlavə edib.
(Virtualaz.org)